Az | EN

Ötən həftə ən çox investisiya alan startaplar

Bənövşə Kazımova
13 Mart 2023 10:14
2978 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Macro - Macro motivasiya verən universal mövzulardan bəhs edən qlobal media platformasıdır. Startap ötən həftə $90 mln yatırım alıb. 

2. Rapport Therapeutics - $100 mln investisiya əldə edən Rapport Therapeutics nevroloji xəstəliklər üçün xüsusi tibbi preparatların istehsalı ilə məşğuldur.

3. Humane - Keçmiş Apple işçiləri tərəfindən yaradılan süni intellekt startapı Humane $100 mln investisiya alıb.

4. Bicara Therapeutics - $108 mln yatırım əldə edən startap xərçəng xəstəliyinin müalicəsi üçün terapiyalar hazırlayır.

5. Consensus - Ötən həftə $110 mln yatırım alan Consensus proqram təminatı xidmətləri üçün avtomatlaşdırma platforması təklif edir. 

6. SOCI - Böyük brend şirkətlərə marketinq platforması təklif edən startap $120 mln investisiya əldə edib.

7. Palmetto - $150 mln yatırım alan Palmetto ev sahiblərinin günəş enerjisi kimi bərpa olunan enerjilərdən istifadə etmələrini daha da əlverişli və əlçatan edir.

8. Anthropic - Keçmiş OpenAI əməkdaşlarının birgə təsis etdiyi süni intellekt startapı Anthropic $300 milyon investisiya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az