1. DataDome - Şirkətlərə onlayn fırıldaqçılığın və kiberhücumların qarşısını almaq üçün kibertəhlükəsizlik həlləri təqdim edən DataDome $42 mln investisiya alıb.
2. Agreena - $46 mln yatırım alan startap amosferdən karbon qazını udaraq karbon kreditlərinə çevirən sistemlər üzərində işləyir.
3. Graphiant - Graphiant şirkətlərin data mərkəzləri, bulud və digər xidmətlərini birləşdirmək üçün şəbəkə həlləri təqdim edir. Startap ötən həftə $62 mln investisiya əldə edib.
4. Coursedog - $90 mln yatırım alan EdTech startapı universitet və kolleclərə akademik planlaşdırma və kurrikulumun idarə edilməsini asanlaşdıran platforma təklif edir.
5. Ledger - Ledger kriptovalyuta sahəsində investorlar üçün təhlükəsizlik və infrastruktur həlləri təqdim edir. Startap ötən həftə $108 mln investisiya alıb.
6. Cabify - Taksi sifarişi xidməti göstərən Cabify $110 mln yatırım əldə edib.
7. DeepWay - Elektrikli nəqliyyat vasitələri istehsalı ilə məşğul olan DeepWay ötən həftə $112 mln yatırım alıb.
8. Isar Aerospace - $169 mln investisiya alan və aerokosmik sahədə fəaliyyət göstərən startapın Spectrum daşıyıcı raketi kiçik və orta ölçülü peykləri orbitə yerləşdirmək üçün nəzərdə tutulub.