1. Vençur kapitalı (VC) fondları güclü böyümə potensialı olan startaplara yatırım etmək istəyən investorların pullarını idarə edən birləşdirilmiş investisiya fondlarıdır. VC-lərdə investor kimi həm fərdi şəxslər həm də təşkilatlar çıxış edə bilirlər.
2. Vençur kapitalı fondları investorlara müxtəlif yollarla gəlir gətirir. Bir qayda olaraq, fond ilkin kütləvi tələb (IPO) və ya başqa bir şirkətdən alış kimi “ ikvidlik hadisəsi”ndən sonra gəlir əldə edir. Daha sonra gəlirlər fondun investorları arasında proporsional əsasda bölüşdürülür.
3. Fondun meneceri GP adlanır. GP investorlar şəbəkəsindən pul toplayır, investisiyalar və fondun bütün əməliyyatlarını üzrə, mühasibat və hüquqi aspektlərə nəzarət üçün məsuliyyət daşıyır. GP tez-tez bazarın xüsusi seqmentini və/və ya investisiya sürətini hədəfləyən investisiyaları üçün investisiya tezisini izləyir.
4. Vençur kapitalı fondları ilkin mərhələdə olan startaplara sərmayə qoyduğundan, bu investisiyalar yüksək dərəcədə risk daşıyır. Bu investisiyalar üçün yüksək gəlir potensialı riski almağa təşviq edir.
5. Bir çox hallarda VC-lər 5 illik plan əsasında fəaliyyət göstərirlər. Bu müddət ərzində onlar əvvəlcədən müəyyənləşdirilmiş istiqamətdə ixtisaslaşan startaplara yatırım edirlər.
6. Vençur kapital fondları tərəfindən dəstəklənən startapların “Unicorn” olma ehtimalı 2.5%-dir.
7. Dünyanın ən böyük şirkətlərinin bir çoxu (Alibaba, Alphabet, Apple, Amazon, Facebook, Microsoft, Tencent və Tesla və s.) vençur kapitalistlərinin (VC) maliyyə dəstəyi və məsləhətləri ilə fəaliyyətə başlayıb.
8. Ölkəmizdə ilk vençur fond “Caucasus Ventures” dünən ictimaiyyətə təqdim edildi. Caucasus Ventures 11 milyon manat maliyyə fonduna sahibdir və 5 il ərzində Azərbaycan, Gürcüstan, Türkiyə, Orta Asiya və Şərqi Avropa ölkələrindən olan startaplara sərmayə yatıracaq. Fonda Məmməd Kərim rəhbərlik edəcəkdir.
