Az | EN

Artıq Gözləmə: Süni İntellekt Qapını Döyür — Vurğun Hacıyevin Yazısı

Nigar Sultanli
22 İyul 2025 11:07
89 baxış
Artıq Gözləmə: Süni İntellekt Qapını Döyür — Vurğun Hacıyevin Yazısı

Süni intellekt həyatımızı dəyişə-dəyişə gəlir…

Son 6 ayda həyatımda və işimdə böyük bir dəyişiklik baş verdi. Demək olar ki, gündəlik işimin 30%-ni artıq süni intellekt tərəfdaşlarına etibar etməyə başlamışam. Bu sadəcə texnologiyadan istifadə deyil – bu, yeni bir iş tərzidir.

ChatGPT (OpenAI) – mənim üçün təkcə bir assistent deyil. O, gündəlik analitik tapşırıqları yerinə yetirən, məhsul ideyalarımı formalaşdıran və strategiya təklif edən dəyərli bir "komanda yoldaşıdır". Hətta bununla kifayətlənmirəm. Şəxsi həyatımda belə, ChatGPT artıq gündəlik həyatımın bir hissəsidir.
Qan analizlərimin nəticələrini təhlil etmək, ağıllı saatımın topladığı məlumatlara əsasən bədənimdə baş verən dəyişiklikləri başa düşmək, həftəlik sağlamlıq planları qurmaq – bütün bunlarda onun köməyinə əl atıram.

Bu platforma artıq mənim üçün təkcə bir texnoloji vasitə deyil – özümü daha yaxşı tanımağım üçün güzgü, daha ağıllı qərarlar verməyim üçün rəqəmsal tərəfdaş rolunu oynayır.

İşdə performans, şəxsi həyatda balans və sağlamlıq – Süni İntellket ilə indi hər şey ölçülə, təhlil edilə və inkişaf etdirilə bilir.
Bax buna görə inanıram: Gələcəyin ən güclü lideri özünü və komandasını ən yaxşı tanıyan lider olacaq.

Grok (xAI by Elon Musk) – Twitter/X dünyasında baş verən hadisələri anlamam üçün mənə sosial təhlil gücü verir. Rəqəmsal istifadəçi davranışlarını izləmək, trendləri hiss etmək və bu məlumatı məhsul qərarlarına çevirmək – Grok bu sahədə bənzərsizdir.

Gemini (Google DeepMind) – əslində bu, yalnız bir Sİ deyil, mətn, şəkil və kodu eyni anda dərk edən çoxölçülü bir zəka sistemidir. Məhsul axınlarını planlamaq, kompleks qərarlar vermək və məlumatı vizual, kod və məntiq səviyyəsində eyni anda analiz etmək – bu mənim qərarvermə gücümü bir neçə qat artırdı.

Bəzən düşünürəm:
“Əgər bu alətlər bu gün bu qədər fərq yaradırsa, gələcəkdə komandalarımız nə qədər sürətli, ağıllı və çevik olacaq?” Və buna əminəm – Süni İntellekt ilə işləməyi bacarmayan liderlər, Süni İntellekt ilə işləməyi bacaran liderlərin kölgəsində qalacaq. Bir zamanlar ağıllı telefonlar həyatımıza daxil olanda, yetkin bir nəsil o kiçik cihazların qarşısında necə aciz və çarəsiz qaldı – bu gerçəyi heç vaxt unutmayaq. Texnologiyanın sürəti insanın öyrənmə tempini qabaqladıqda, nəsillər arasında görünməz bir uçurum yaranır.

Sadaladığım bu alətlər dəyişikliyə sadəcə reaksiya verir. Amma artıq reaksiya dövrü başa çatır – transformasiya dövrü başlayır.

Bu günün CTO-ları üçün təkcə hansı texnologiyadan istifadə etməliyəm? sualı yetərli deyil. Artıq həyati əhəmiyyət kəsb edən bir qərar daha var: “Tech Stack-ımı nə zaman dəyişməyə başlamalıyam?”

Gecikənlər, sadəcə texnologiya baxımından yox, komanda performansı, məhsulun bazara çıxma müddəti və innovasiya mədəniyyəti baxımından da geridə qalacaq. Heç bir zaman unutmayaq ki, texnologiya dəyişmir sadəcə sürətlə transformasiya edir. Ona görə də sual artıq bu deyil:“İstifadə etdiyimiz alətlər bizə uyğundurmu?”
Əsas vacib sual isə budur: “Biz bu alətləri tətbiq etmək üçün nə qədər hazırlıqlı və çevikik?”

Demək olar ki, Tech Stack da olan bir çox alətlər öz məhsullarına “AI assistant”, “smart suggestions” və ya “copilot” kimi əlavələr etdilər. Amma gəlin açıq danışaq:
Bu sadəcə var olan sistemlərin üstünə əlavə edilmiş qatdır – yəni Süni İntellekt-native deyillər. Həqiqi dəyişiklik isə artıq Süni İntellekt-əsas düşüncəsi ilə sıfırdan qurulmuş alətlərdən gəlir.

2025-dən etibarən tech stack necə dəyişməlidir?

Aşağıdakı stack artıq sadəcə alternativ deyil – standart olmağa doğru gedir. Bu alətlər həm developer təcrübəsini optimallaşdırır, həm də məhsul komandalarının sürətini 2-3 qat artırır.

Frontend: v0

AI ilə dizayn və komponent əsaslı UI yaradılması. Təsəvvür edin: Figma + code export + reusable komponentlər bir platformada. Komandalar artıq dizayndan koda keçid üçün günlər yox, dəqiqələr sərf edirlər.

IDE: Cursor

AI ilə kod yazan inteqrə olunmuş inkişaf mühiti (AI-native IDE). Kod yazmırsınız – kod düşündürürsünüz. Pair programming artıq realdır, sadəcə komanda yoldaşınız süni intellektdir.

Backend: Supabase

Open-source, Postgres əsaslı backend platforması. Auth, real-time, storage və SQL interfeysi ilə Firebase-in müasir və açıq versiyası. Startup-lar və korporativ komandalar üçün əla balans nöqtəsidir.

Deployment və Preview: Vercel

CI/CD, preview environment-lar və DevOPS üçün ideal mühit. Next.js ilə mükəmməl inteqrasiya və hər pull request üçün canlı preview. Kod testindən deploy-a qədər bütün pipeline-ların Süni İntellekt ilə avtomatlaşdırılması (Grit, AutoInfra, DevGPT kimi platformalar). Sürət və etibarlılıq bu sistemlərlə əl ilə prosesləri geridə qoyur.

Product komandaları üçün Süni İntellekt Decision

Məhsul menecerləri üçün Süni İntellekt təhlil vasitələri – məsələn, istifadəçi davranışından çıxarış edən sistemlər, Süni İntellekt roadmap təklifləri, bazar uyğunluğu analizləri.
Əslində, Süni İntellekt artıq yalnız developer üçün deyil, hər bir rol üçün partnyora çevrilir.

Mixpanel + AI Insight

İstifadəçi davranışı analizi, funnel təhlili və AI ilə avtomatik təkliflər. Trendləri tapır, seqmentlər üzrə davranış fərqlərini çıxarır və feature-öncəlik təklifləri verir.

Amplitude + Predictive AI

Məhsul istifadəsini və retention göstəricilərini proqnozlaşdırır. Hərəkət nümunələri əsasında "next best action" təklif edir və xüsusiyyətləri A/B test etmədən əvvəl simulyasiya edir.

Productboard

Roadmap planlama və feature prioritetləşdirmə.Müştəri feedback-larından avtomatik insight çıxarır və önə çıxan ehtiyaclara əsasən roadmap təklifləri verir.

Loops

Süni intellekt əsaslı məhsul analizi və avtomatik dashboard tövsiyələri. Analitikləri oxumaq əvəzinə Loops sizin üçün onları şərh edir və qərar təklifləri verir.

Zeda.io (AI for PMs)

End-to-end məhsul idarəçiliyi və ideya süzgəcdən keçirmə. İdeyaları süni intellektlə skorlaşdırır, bazar uyğunluğunu qiymətləndirir və roadmap avtomatik təklif edir.

Athenic AI

SQL bilmədən məhsul analitikası. Sadə sualla dashboard yaradılır: “Which features increased retention last month?” – Athenic cavab verir və vizuallaşdırır.

2025 və sonrası üçün komandamız bu yeni Süni İntellekt dövrü sadəcə izləyəcək, yoxsa formalaşdıracaq? Texnologiya lideri olaraq bizim vəzifəmiz bu sualı cavablandırmaq deyil, bu keçidi idarə etməkdir.
Əgər siz bu alətləri stack-ınıza bu ildən əlavə etmirsinizsə, rəqabətdə üstünlük deyil, zəifləməyə tərəf olmağa doğru gedirsiniz. 

© copyright 2022 | tech.az | info@tech.az