Az | EN

Ən çox asılılıq yaradan sosial şəbəkələr açıqlanıb

Bənövşə Kazımova
02 Aprel 2022 13:30
2301 baxış
Ən çox asılılıq yaradan sosial şəbəkələr açıqlanıb

Ən çox yüklənən və asılılıq yaradan sosial şəbəkələr məlum olub. Sosial media platformalarının sayının artması və yeni funksiyaların əldə edilməsi getdikcə daha çox istifadəçinin marağını cəlb edir. Bu halda yeni xüsusiyyətlər qazanan platformalar daha çox qarşılıqlı əlaqə təmin edərək istifadəçilərin asılılığa çevirə bilər. Gəlin indi bu sosial şəbəkələrdən danışaq. Qeyd edək ki, ani mesajlaşma proqramı WhatsApp video zənglər, video göndərmək, səsli mesaj göndərmək kimi bir çox ünsiyyət formalarını təmin edir. Araşdırma nəticələrnə görə, tətbiqdə hər gün 66 milyard mesaj ötürülür və 65 milyon video zəng edilir və adi “WhatsApp” istifadəçisi gün ərzində 30 dəfə proqrama daxil olur. 2004-cü ildə ortaya çıxan Facebook da ən çox istifadə edilən proqramlardan birinə çevrilib. İlk dəfə masaüstü versiyası olan platforma 2008-ci ildə tətbiqə keçərək ümumilikdə 5 milyard dəfədən çox yüklənib. Instagram da ən çox asılılıq yaradan tətbiqlərdən biridir. 2010-cu ildə qurulan sosial media platformasından hər ay ümumilikdə 2 milyarddan çox insan istifadə edir. İstifadəçilərin 68%-i gündə ən azı bir dəfə proqrama daxil olur və platformada orta hesabla 35 dəqiqə vaxt keçirir. İstifadəçilərin 42%-i paylaşılan yazıları yoxlamaq üçün proqrama bir neçə dəfə daxil olur. TikTok sonradan bazara daxil olan tətbiqlər arasındadır. 2016-cı ildə qurulan platforma təkcə 2021-ci ilin mart ayında 120 milyon dəfədən çox yüklənib. Ümumilikdə proqram artıq 3 milyarddan çox insan tərəfindən Android və iOS sistemlərində yüklənib.

© copyright 2022 | tech.az | info@tech.az