Facebook əsası 2004-cü ildə qoyulmuş sosial şəbəkədir. Facebookun həmtəsisçilərindən biri olan Euardo Saverin Mark Zukerberqlə Harvard Universitetində tanış olub. Harvard tələbələri üçün xüsusi sosial şəbəkənin olmadığına görə The Facebook saytını yaratmaq qərarına gəliblər. Həmtəsisçi kimi Saverin baş maliyyə direktoru (CFO) olaraq fəaliyyət göstərirdi. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Daha sonra Facebook Amerika universitetlərində sürətlə yayıldıqca Saverin və Zukerberq arasında fikir ayrılıqları yaranmağa başladı. Bu gənc layihəyə ilk olaraq Peter Thiel investisiya qoydu, daha sonra ödəniş sistemi "PayPal"la əməkdaşlıq etməyə başladı. Şirkət Kaliforniyadakı Silikon Vadisinə köçdükdən sonra Peter Thiel və Napster qurucusu Sean Parkerin təsirilə Mark Zuckerberg şirkətin adını dəyişərək “facebook.com” adlandırdı. Bu dəyişiklik zamanı Eduardo Saverinin əvvəllər 34% olan səhmləri sonra 0,03%-ə endirilib və təsisçilər siyahısından çıxarılaraq şirkətdən çıxarılıb. Lakin Eduardo Saverin 5 aprel 2005-ci ildə Mark Zukerberqə qarşı 600 milyon dollarlıq iddia qaldırsa da, iş kompromis yolu ilə həll olunub. Hazırda Eduardo Saverin Facebook-da 1,3 milyard dollar dəyərində 5% paya sahibdir və adı təsisçilər siyahısında görünür.