Az | EN

Kraudfandinq nədir?

Bənövşə Kazımova
23 Fevral 2023 12:16
2194 baxış
Kraudfandinq nədir?

"Kraudfandinq" ingiliscə kütlə (crowd) və maliyyələşdirmə (funding) sözlərindən yaranıb, insanların könüllü olaraq öz vəsaitlərini hər hansı layihəni həyata keçirilməsinə dəstək üçün bir yerə toplaması deməkdir. Bu model startap və ya biznes ideyasını maliyyələşdirmək üçün icmadan kiçik məbləğdə pul toplamaq məqsədi daşıyır. 

Kraudfandinq ənənəvi maliyyələşdirmə modellərinə alternativ bir seçim kimi ortaya çıxıb. Sahibkarların və kiçik biznesin maliyyəyə çıxış imkanlarını artırmaqla innovativ ideyaların reallaşdırılmasını asanlaşdırır. O, həmçinin investorlar üçün aşağı riskli investisiya seçimi təklif edir.

Kraudfandinq üzrə ən məşhur platformalar Kickstarter, Indiegogo, Causes, Patreon, GoFundMe, CircleUp, LendingClub platformalarıdır. Azərbaycanda fəaliyyət göstərən kraudfandinq platformalarına isə Toxum.org, Wish.az platformalarını aid edə bilərik. Layihə sahibləri bu platformalarda qeydiyyatdan keçərək layihələrini təbliğ edirlər. İnsanlar bu layihələri nəzərdən keçirərək kiçik məbləğdə pul yatıra bilərlər. Bu şəkildə layihələr bir çox insanın töhfələri ilə maliyyələşdirilir. Layihələr uğurlu olarsa, investorlar adətən layihənin uğurundan pay alırlar.

Platformalar investorlar və layihə sahibləri üçün vasitəçi rolunu oynayır. Bu platformalar layihə sahiblərinə öz layihələrini tanıtmaq, investorlara isə layihələri nəzərdən keçirmək və investisiya qoymaq imkanı verir, həmçinin layihə sahiblərinə hüquqi və maliyyə ehtiyaclarını ödəməyə də kömək edir.

Kraudfandinqin hazırda ən populyar istiqamətləri aşağıdakılardır:

  • Startup və kiçik biznes layihələriniin maliyyələşdirilməsi
  • Xeyriyyəçilik kampaniyaları
  • İncəsənət (film, musiqi, kitab) layihələri
  • Siyasi fəaliyyətlə bağlı

Ümumiyyətlə, kraudfandinq bir çox sahələrdə istifadə olunan effektiv maliyyələşdirmə modelidir və gələcəkdə onun istifadəsi getdikcə daha çox yayılacaq.

© copyright 2022 | tech.az | info@tech.az