Tez-tez gənclərlə bir fincan qəhvə ətrafında otururam. Onlar baxışlarında suallar daşıyır – bəzən aydın, bəzən də hələ formalaşmamış… Amma ortaq bir şey var: ümid və yol axtarışı. Danışmağa başlayanda vaxt unudulur. Suallar bir-birini izləyir, mən isə hər cavabda onların ruhuna, inamına toxunmaq istəyirəm.
Sonuncu görüşlərin birində
“Sizcə, texnologiya sektorunun gizli resepti nədir?”
Bu sual məni dərin düşüncəyə apardı. Axı, mən illərdir bu sahədəyəm – uğurlarla, səhvlərlə, dönmə nöqtələri ilə dolu bir yol keçmişəm. Düşündüm ki, bəlkə bu fikirləri kağıza köçürsəm, hardasa, bir yerdə, bir gəncin ruhuna bir toxunuş edər, bir istiqamət verər…
Texnologiya sektorunun uğur formulu hər ölkədə fərqli görünə bilər. Amma Azərbaycanda bu “resept” daha çox bir zərurətin, bir inadın və bir yaradıcı enerjinin sintezindən yaranır.
Bəli, bizdə təbii ehtiyatlar var – neft, qaz və s. Bu resurslar ölkəmizə mühüm iqtisadi üstünlüklər qazandırıb, infrastrukturun qurulmasına, sosial rifahın yüksəlməsinə və sabitliyin təmin olunmasına ciddi dəstək verib. Amma bu resurs bolluğu, zamanla daxili təşəbbüsə, texnoloji inkişaf ehtiyacına və innovasiya mədəniyyətinə qarşı bir növ “rahatlıq zonasını” da yaradıb.
Amma rəqəmsal dövrün əsas ehtiyatı insan kapitalıdır. Gələcəyin iqtisadiyyatı artıq kodla yazılır, ideyalarla böyüyür. Bu baxımdan Azərbaycanın əsl gücü — gənc, enerjili, çevik və daim öyrənən bir nəslin formalaşmasıdır.
Bizim texnologiya sektorunun inkişafı nəinki rahat şəraitdə, əksinə, çətinliklər içində baş verir. Resurslar bəzən məhdud, infrastruktur bəzən natamam ola bilir. Amma bu bizi durdurmamlı – əksinə, çevik qərarlar verməyə, “təlimat kitabçası” gözləmədən hərəkət etməyə vərdiş etdirməlidir. “Zərurət – ixtiranın anasıdır”
Mədəniyyət olaraq uğursuzluğu qəbahət saymamlı və bundan utanmamlıyıq, onu uğura gedən yolun mərhələsi kimi qəbul etəməliyik. Bəzən dostlarıma bus bir təlimdir deyib üstündən keçirəm. Startaplarımız, fərdi təşəbbüskarlarımız çox vaxt ilk cəhddə uğur qazanmır – amma öyrənirlər, yenidən sınayırlar, və nəhayət, qlobal bazarda rəqabətə girəcəklərini tam anlayrılar.
Digər vacib komponent isə qlobal düşünmək və beynəlxalq inteqrasiya vərdişidir. Bu, sadəcə beynəlxalq tədbirlərə qatılmaqla məhdudlaşmamalıdır. Azərbaycandakı texnologiya şirkətləri, startaplar, universitetlər və tədqiqatçılar beynəlxalq proqramlarda aktiv şəkildə iştirak etməlidirlər. Bu iştirak onlara yalnız maliyyə və texniki dəstək deyil, eyni zamanda qlobal standartlara çıxış, qabaqcıl texnologiyalara erkən inteqrasiya və transsərhəd əməkdaşlıq şəbəkələri qazandıracaq. Hətda düşünürəm ki ölkəmizin beynəlxalq Texnologiya Transfer Ofisləridə yaradılmaldır ki keçid dövrü sürətlə baş versin.
Bu yanaşma həm də ölkənin rəqəmsal diplomatiyasının formalaşmasına töhfə verir. Azərbaycanın innovasiya ekosistemi qlobal texnoloji cərəyanlarla ayaqlaşdıqca, regionda “rəqəmsal mərkəz” və ya “testbed ölkə” kimi tanınmaq imkanı artır. Bunun üçün sadəcə texnologiya transferi deyil, həm də ideya ixracı baş verməlidir. Yəni, biz yalnız xarici texnologiyaları qəbul etməməliyik, eyni zamanda bura aid innovativ həlləri dünya ilə paylaşmalıyıq.
İri hərflərlə və ya uca səslə
Ölkəmiz üçün Texnologiya sektorunun “gizli resepti” İnsan, İnad, İxtira